Рейтинг@Mail.ru

Müğənni 13 il əvvəl ölüb, yerinə bənzəri gətirilib – dünya şokda

Müğənni Avril Lavinlə bağlı gözlənilməz iddia yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 32 yaşlı ifaçının ölüm xəbəri gündəmi qarışdırıb. Rok sənətçisinin fanatları onun əslində 2003-cü ildə evində öldüyünü, lakin bunun mediadan gizlədildiyini iddia edirlər. Onların fikrincə, hazırda özünü A.Lavin kimi təqdim edən qadın ona əkizi qədər bənzəyən Melissa Vandelladır.

Bu iddia illər əvvəl də səsləndirilib, lakin son günlər bəzi faktlar bu mülahizəni gücləndirib. Belə ki, 32 yaşını qeyd edən Avrilin əvvəlkinə bənzəmədiyi, üzündəki çillərin fərqli olduğu, burnunun fərqli forması diqqət çəkib.

Lavinin 2003-cü ildə babasının öldüyü, heç bir albomumun ilk albomu kimi uğurlu olmaması, sonra isə “Lyme” xəstəliyinə yoluxması səbəbindən depressiyaya düşüb intihar etdiyi söylənilir. Lakin menecerlerin onun adından pul qazanmaq istəyi müğənninin ölümünü arxa plana atıb və ortaya saxta “Avril” çıxıb.

Qeyd edək ki, eyni iddia “Beatles” qrupunun üzvü Paul MakKartni üçün də söylənilmişdi. Onun öldüyü, yerinə başqasının gətirildiyi xəbərləri yayılmışdı.

5 dəfə baxılıb

Bu xəbəri də oxu

Kosmik mədənçilik erası başlayır – insanlar ikinci Ay yaradacaqlar

NASA Günəş Sistemindəki bir asteroiddə olan qiymətli maddələrin dünya iqtisadiyyatının 137 min qatı qədər dəyərli …