Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Fevral 21 2017

Çörəyə insan saçı qatılır – ŞOK İDDİA – VİDEO

Çörək yeməzdən əvvəl bir daha düşünəcəksiniz. Çünki çörəyə insan saçı qatılması iddiaları var. Hətta iddia Almaniyanın bir telekanalının Çində çəkdiyi sənədli filmlə sübuta yetirilib. Bəs görəsən Azərbaycanda çörəklərə saçdan hazırlanan l-sistin adlı maddə qatılırmı ?

Çörəyə insan saçı qatılır. Saçın bərbərxanadan çörəyədək uzanan “səyahəti” alman KİV-ləri tərəfindən sübut olunub. Belə ki, Çində bərbərxanalardan birində bərbər saçları kəsib bir yerə yığır və bir nəfər saç toplayan gəlib pulunu ödəyərək saçları alır. Beləliklə də macəra başlayır.

Onlarla, bəlkə də yüzlərlə bərbərxananı gəzən adamlar külli miqdarda saçı torbalara yığaraq mərkəzə aparırlar. İçindən əvvəlcə istifadə edilmiş qulaq çöpləri, siqaret qalıqları və digər zibillər seçilib götürülür. Daha sonra saçlar paketlənir və bağlamalar başqa bir sexə gönləndilir.

Həmin yerdə saç üzərində kimyəvi proseslər icra edilir Və saçlar əridilərək maye halına salınır. Son prosesdən sonra saç l-sistin adını alır. Burdan sonra isə qablaşdırılan l-sistin çörək və şirniyyat mağazalarına satılır. Xəmirin turşuluğunu və sululuğunu artırmaq və boyatlanmasını gecikdirmək üçün əlavə olunan ən təhlükəli maddə məhz l-sistindir. Beləcə həmin təhlükəli maddə yemək üçün süfrələrə gəlib çatır.

Məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq və Azərbaycanda həmin təhlükənin olmadığı, yerli istehsalda həmin maddədən istifadə edilmədiyi bildirildi.

BizimYol.Biz xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

5554 dəfə baxılıb

Bu xəbəri də oxu

Jurnalistlər ayda nə qədər qazanır? – JuHİ-dən HESABAT

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı il üzrə sosial durumlarına və media ilə bağlı …