Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Fevral 21 2017

İki ölkə Azərbaycanda xüsusi silahlarla şaxtalı hava yaradır

Azərbaycanda son dəfə ən soyuq qış 1945-1973-cü illər aralığında olub. 1975-ci ildən sonra havalar tədricən mülayimləşməyə başlayıb. Ən soyuq qış isə 1500 il bundan qabaq olub, -37 dərəcə şaxta qeydə alınıb”.

Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü, ekoloq Telman Zeynalov deyib. Onun sözlərinə görə, ölkə yenidən şaxtalı havaya qayıdır: “Temperatur yenidən aşağı düşüb, Azərbaycan yendiən soyuq-şaxtalı qışa qayıdır. İqlim 50-60 ildən bir dəyişir, gah isinir, gah da soyuyur. 200-300 ildən bir buzlaşma dövrü yaxınlaşır. Ehtimal var ki, 2030-cu ildən etibarən buzlaşma dövrü başlasın”.

Ekoloq hesab edir ki, son 15 ildə havaların soyuması müəyyən oyunların, o cümlədən də meteroloji və geofiziki silahlardan siitfadənın nəticəsidir: “Xüsusən də Rusiya və Amerikada bu cür silahlardan istifadə edilir. Burda məqsəd bir-birlərinə iqtisadi cəhətdən zərbə endirmək, əhalini ayağa qaldırmaqdır. Quraqlıq, aclıq olanda camaat ayağa qalxır. O cümlədən də havalar çox soyuq, şaxtalı olanda əhali narazılıqlarını dilə gətirir, etiraz edir”.
T.Zeynalovun sözlərinə görə, hər hansı ölkənin üzərində olan ozon  qatında qış vaxtında dəlik yaradılsa qış soyuq olacaq, camaat şaxtadan donacaq. Yayda isə əksinə, buxarlanma, quraqlıq, su və ərzaq qıtlığı olacaq. Nəticədə əhali  hökumətə qarşı üsyana qalxacaq. Ekspert hesab edir ki, Rusiyadan daxil olan hava kütlələrinin ölkəmizdə iqlimin dəyişməsinə, havaların şaxtalı keçməsinə təsir etmir:
“Rusiyadan gələn hava axınının iqlimin dəyişməsinə təsiri yoxdur. Bu gün Gürcüstan və Azərbaycanda hava temperaturu +3, Ermənistanda və Rusiyada -37 və 40 dərəcədir”. Həmsöhbətimiz qeyd edib ki, bu il rayonlarda havanın temperaturu -3-5 dərəcə arasında dəyişib: “Nə qədər camaat məhv olub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymalıdır”. (Cebhe.info)

31 dəfə baxılıb

Bu xəbəri də oxu

Jurnalistlər ayda nə qədər qazanır? – JuHİ-dən HESABAT

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı il üzrə sosial durumlarına və media ilə bağlı …