Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Yanvar 24 2017

Uşaq evlərini bitirən gənclər üçün ev tikildi

Dekabrın 26-da Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin yerləşdirilməsi üçün 120 mənzildən ibarət daha bir binanın açılışı olub.

Bizim Yol.Biz AzərTac-a istinadən xəbər verir ki, mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 120 mənzillik başqa bir binanın da təməlini qoyub.

Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir. Uşaq evlərinin məzunu olan gənclər üçün Masazır qəsəbəsində salınan yaşayış massivində 2014-cü ilin dekabrında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə ilk 13 mərtəbəli, 120 mənzilli binanın açılışı olub. Geniş infrastruktur işlərinin görüldüyü ərazidə bu il daha bir bina tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.

Sonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ərazidə sayca üçüncü 120 mənzilli, 13 mərtəbəli binanın təməlini qoyub.

 

54 dəfə baxılıb

Bu xəbəri də oxu

Supermarketlər bizi necə tələyə salırlar?

Supermarketdən alış-veriş bəzən bizə sters atmaq kimi gəlir. Çünki stresi əvvəlcə pul qablarımız “yaşayır”, ayın …