Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Fevral 21 2017

Eni insan saçından 70 dəfə kiçik olan ən kiçik qar adamı – VİDEO

Kanadanın Qərbi Ontario Unuversitetinin  əməkdaşları dünyada ən kiçik qar adamını yüksək texnologiyalar vasitəsi ilə düzəltməyi bacarıblar. Bu barədə BizimYol.Biz Rusiya KİV-lrinə istinadən xəbər verir. Bu günə qədər ən kiçik qar adamı Britaniyanın Milli Fizika Laboratoruyasında 2009-cu ildə düzəldilmişdi. Onun eni 0,01 mikron təşkil edir Müqayisə üçün deyək ki, insan saçının qalınlığı 75 mikron təşkil edir. Bəzi bakteriyalar isə 3 mikron həcmində olur.
Silisium mineralının hissəciklərindən  hazırlanmış qar adamın başına fokuslaşdırılmış ionlar vasitəsi ilə göz və burun da çəkilib.
İndi mini qar adamın “kiçik qardaşı” Qərbi Ontario Universitetində yaşayır.Onun seqmentlərinin hər biri 0,9  mikrondur, fiqurun ümumi hündürlüyü 3 mokrona bərabərdir.

53 dəfə baxılıb

Bu xəbəri də oxu

Cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olundu

Afrikanın cənubunda yerləşən Svazilend krallığında cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olunub. Bizim Yol.Biz Publika.az-a istinadən  …