Рейтинг@Mail.ru

Gizli cəbhənin döyüşçüləri — Kəşfiyyat materialları necə sızdırılır?

Bu gün müasir dünyada ən dəyərli məlumat informasiyadır. Dövlətlər, əsasən də rəqib dövlətlər bir-biri haqqında məlumat əldə etmək üçün xüsusi xidmət orqanları qurur, illərlə peşəkar kadrlar yetişdirir, külli miqdarda vəsait xərcləyirlər. Bəzi hallarda kəşfiyyat məlumatları müəyyən vasitələrlə sızdırılır.

Bizim Yol.Biz Ölkə.Az-a istinadən  bu gün Rusiya kəşfiyyat materiallarının sızması haqda 5 faktı oxucuları ilə bölüşəcək.

Sistemin qurulması

Amma hər sistemdə problem olduğu kimi, bu xidmətin də problemləri var idi. Əks-kəşfiyyatın uğurları olsa da, ciddi fiaskolara da məruz qalmışdı. Bu gün sizə 5 fakt təqdim edirik.

Britaniya kralının məsləhətçisi SSRİ xidmətində

Britaniyanın Mİ-5 xüsusi xidmət orqanı dəfələrlə iki tərəfə də işləyən agentlərin qurbanı olub. Bu hadisələrdən biri də Entoni Blantla baş verib. 1926-cı ildə Entoni Kembric universitetinin nüfuzlu Triniti kollecinə daxil olur. Burada o, ciddi surətdə marksizmlə maraqlanır. Bu dövrdə isə sovet kəşfiyyatı Böyük Britaniyanın ali məktəblərində təhsil alan potensial agentlərin axtarışı ilə məşğul idi.

30-cu illərin ortalarında Entoni qardaşı ilə Moskvaya səfər edir. İki il sonra rusiyalı kəşfiyyatçı Arnold Deyç Entonini öz tərəfinə çəkə bildi. Yeri gəlmişkən, məşhur “Kembric beşliyi”nə görə Deyçə minnətdar olmaq lazımdır. Bu qurumu MKİ-nin (Amerika Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru Allen Dalles ikinci dünya müharibəsinin ən güclü kəşfiyyat qrupu adlandırmışdı. Onun tərkibinə Blantdan başqa Kim Filbi, Qay Berces, Con Kernkross və Donald Maklin daxil idi. Onların hər biri yüksək post tuturdu.

Entoni qısa müddətə karyera nərdivanında ucalmağa başlayır. 1945-ci ildə o, kral 6-cı Georqun məsləhətçisinə çevrilir və nəticədə cəngavər ünvanı ilə təltif edilir.

Fəaliyyəti dövründə Entoni Mİ5 barədə, digər dövlətlərdə fəaliyyət göstərən britaniyalı agentlər barədə məlumat ötürür, sovet casuslarının İngiltərədəki fəaliyyətini diqqətlə izləyirdi. Onun fəaliyyət sahəsi bununla məhdudlaşmırdı. Blant da casusları öz tərəfinə çəkə bilirdi. Müharibə dövründə o, Avropada ikinci cəbhənin açılma müddəti barədə məlumat ötürmüşdü. Bundan başqa Hitlerin Kursk və Oryola hücumu barədə planlarından da Blant bəhs etmişdi.

Blantın sovetlərin xeyrinə işləməsi barədə 1951-ci ildə şübhələr ortaya çıxır. Amma kral ailəsi ilə əlaqələri olduğu üçün cinayət işi qaldırmağa cəsarət edə bilmirdilər. 20 il sonra, Böyük Britaniyanın baş naziri Marqaret Tetçer bəyan etdi ki, Entoni bu illər ərzində sovet kəşfiyyatı üçün çalışıb. Amma bu bəyanatdan sonra da onu həbs etmədilər. Çünki İngiltərə və SSRİ arasında ikinci dünya müharibəsi dövründə Almaniyaya qarşı kəşfiyyat əməliyyatlarının aparılması barədə müqavilə var idi.

Raket qalmaqalı

İsrailin “Mossad” kəşfiyyat orqanının çoxsaylı uğurlu əməliyyatları var. Bunlardan biri 2005-ci ildə baş verib. Mossad xəfiyyələri məlumat sızması nəticəsində Rusiyanın Suriyaya“İskəndər-E” raketlərinin daşımasının qarşısını alıblar. Nəticədə yaranan raket qalmaqalına Rusiya, Suriya, İsrail və ABŞ cəlb edilir.

ABŞ dövlət katibinin köməkçisi Riçard Bauçer Rusiyanı “terrorizmi maliyyələşdirməkdə” ittiham edir və tezliklə buna cavab alır. Rusiyanı təmsil edən Sergey İvanov raket barədə məlumatı təkzib edir və qeyd edir ki, bu şayiə Suriya prezidenti Bəşər Əsədin Rusiyaya səfəri ərəfəsində ortaya çıxıb.

Tezliklə Rusiya prezidenti Vladimir Putin də bəyanatla çıxış edir. Rusiya dövlət başçısı ölkəsinin həqiqətən də Suriyaya “İskəndər” raket sistemi realizə edəcəyi barədə planlarının olduğunu bildirir. Amma plan Putin tərəfindən ləğv edilir. Putin eyni zamanda Yaxın Şərqə 9 milyard dəyərində silah satıldığını, bunun 6,8 milyardının ABŞ-ın payına düşdüyünü vurğulayıb.

Əfqan dosyesi

2010-cu ildə Əfqanıstandakı vəziyyət barədə məxfi məlumatın üzə çıxması böyük qalmaqala səbəb oldu. 90 mindən çox sənəd Şərq dövlətində aparılan uzunmüddətli müharibənin heç bir nəticə vermədiyini üzə çıxardı. Eyni zamanda Taliban terrorçularının İran və Pakistan xüsusi xidmət orqanları tərəfindən dəstəkləndiyi də məlum oldu.

Birinci məsələ ilə bağlı sual çox olmasa da, ikinci məsələdə ABŞ bu kampaniyanın rəsmi müttəfiqi idi. Sənədlərə əsasən, Pakistan xüsusi xidmət orqanları ABŞ-a qarşı müharibə planları barədə razılaşmaq üçün gizli surətdə terrorçularla görüşürmüş.

Məsələ bununla da bitmir. Materiallarda müttəfiqlərin hərəkəti nəticəsində dinc sakinlərin öldüyü qeyd edilir. Bu barədə 150 hadisə qeydə alınıbmış. Axırıncı hadisə zamanı yəni 45 vətəndaş həyatını itirdiyi hücumla eyni vaxtda Əfqan dosyesi dərc edilir. Sənədlər məşhur “WikiLeaks” internet şəbəkəsində paylaşıldı.

İraq ifşası

“WikiLeaks”lə Amerika ordusunun sıravi əsgəri Bredli Meninqin bir başa əlaqəsi var. 2013-cü ildə 25 yaşlı hərbçi məxfi məlumatları başqalarına ötürdüyü üçün 35 illik həbs cəzasına məhkum edilir.

İraq müharibəsi zamanı Bredli kəşfiyyat materiallarının analizi ilə məşğul olduğu üçün onun məxfi materiallara girişi var idi. 2010-cu ilin aprel ayında Bredli internet şəbəkəsinə bir video çarx yükləyir. Video çarxda Amerikaya məxsus hərbi vertolyotun iraqlılara atəş açdığı açıq-aydın görünür.

Bu iraqlıların böyük əksəriyyətinin üsyançı qruplaşmalara heç bir aidiyyatı yox idi. Eyni vaxtda hərbçi ABŞ-ın İraqdakı fəaliyyətini ifşa edən çoxsaylı hərbi hesabatları və amerikalı diplomatların yazışmalarını “WikiLeaks” saytına ötürür.

Snouden işi

Mətbuatda gizli məlumatların yayılmasına aid ən çox işıqlandırılan müasir qalmaqal Snouden işidir. Kütləvi izləmə barədə hər zaman danışıblar. Amma heç vaxt bu bəyanatlar ciddi və yüksək bir ifadə kəsb etməyib.

Edvard Snouden MKİ-nin (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) informasiya təhlükəsizliyi şöbəsinin əməkdaşı olub. Onun sözlərinə görə, iş prossesində Amerika xüsusi xidmət orqanlarının fəaliyyətinə görə ciddi üzüntü keçirib. 2013-cü ildə Edvard “The Guardian” və “The Washington Post” qəzetlərinin jurnalistləri və sənədli film rejissoru Lora Poytrasla görüşərək xüsusi xidmət orqanlarını ifşa edir. Lora 2014-cü ildə Snouden haqda çəkdiyi filmə görə “Oskar” mükafatına layiq görülür.

Edvard minlərlə məxfi sənədi yuxarıda adı hallanan adamlara ötürür. Bu sənədlər içində Amerika xüsusi xidmət orqanlarının kütləvi izləmə apardığına dair məlumatlar da var idi.

İyun ayında Snouden şəxsiyyətini aşkara çıxarır. Bu müddətdə o, MKİ-dən gizlənmək ümidi ilə Honkonqda yaşayırdı və ona siyasi sığınacaq verəcək dövlət axtarırdı. Nəticədə MKİ-nin sabiq xəfiyyəsinin müraciətinə Rusiyadan cavab gəlir.

Hazırda Snouden Moskvada yaşayır və İT şirkətlərdən birinin məsləhətçisi işləyir. Onun həyatı haqqında bir neçə sənədli və bir bədii film var.

Filmin rejissoru Oliver Stoundur. Ssenari əsasən rusiyalı vəkil Anatoli Kuçerenin kitabı əsasında yazılıb.

 

107 dəfə baxılıb

Bu xəbəri də oxu

İnsanların arasında yaşayan yadplanetli irqlər – Video

İnsanlar arasında öz qəribə xüsusiyyətləri ilə fərqlənən fərdlərin varlığı  Yer kürəsində yad sivilizasiyalara məxsus insan …