Рейтинг@Mail.ru

Sosyopatlar və onların təhlükəsi

Sosyopat  anti-sosial pozuntusu olan şəxs kimi müəyyənləşdirilir. Bu pozuntu digərlərinin hisslərinə qarşı diqqətsizlik, saxta vicdan əzabı yaxud saxta utancaqlıqla, manipulyativ davranışlarla, idarə olunmayan ego mərkəzlə və yalan bacarığı ilə məqsədinə nail ola bilmə kimi xarekterizə olunur. Əgər siz  sosyopatla rastlaşsanız, yaxud hər hansı sahədə yoldaş olsanız, bilməlisiniz ki, sosyopatla hər hansı  münasibət təhlükəli ola bilər. Əgər siz sosyopatı necə tanımağı və ona qarşı necə ehtiyatlı olmağı, həmin şəxsin nələr dediyini, yaxud nələr etdiyini bilmək istəyirsinizsə, 1-ci bənddən başlaya bilərsiniz.

1.   Olmayan utancı axtar. Bir çox  sosyopat çirkin hərəkətlər edə bilərlər, buna görə də bir qram vicdan əzabı keçirməzlər. Belə ki bu hərəkətlər fiziki sui-istifadən yaxud digərlərini alçaltmadan ibarət ola bilər. Əgər şəxs həqiqi sosyopatdısa, digər insanları incitməkdən, yalan danışmaqdan manipulasiya  etməkdən, qəbul olmayan davranışlar sərgiləməkdən heç bir vicdan əzabı keçirməyəcək. 

–      Əgər sosyopat səhv edibsə güman ki, edilən tənqidi qəbul etmək yerinə digərlərini günahlandıracaq.

–      Məqsədinə nail olmuş sosyopat  nə vaxtsa, kimisə istəkli şəkildə incitmişdir. Bu bir çox sosyopatların nəyə görə uğurlara imza atmış olduğunu görtərir.

–     Sosyopatlar heyvanlara qarşı çox qəddar ola bilərlər,  buna görə də vicdan əzabı çəkməzlər.

2.   Həmin şəxsin daimi yalanlar söylədiyini gör. Sosyopatlar mükəmməl şəkildə yalanlar söyləyərək yaşayırlar. Bu faktdır ki, həqiqi sosyopat doğruları danışarkən narahatdır. Əgər onların yalanın üstü açılsa, onlar bunun üstünü örtmək üçün yeni yalanlar  söyləmə başlayacaqlar. Əgər siz onların yalanın üstünə sonuna qədər getsəniz, onlar  sənin sədaqətini qoruyub saxlamaq üçün vəhşicəsinə etiraf  etməyə başlayacaqlar.

–       Sosyopatlar  keçmişləri haqqında yalan söyləməyi sevirlər. Onların hekayələrində ziddiyyəti axtarın.

–       Bəzi sosyopatlar sizi yalanlarına inandırmaq üçün əlindən gələn hər şeyi edəcəklər. Məsələn; sosyopat işsiz olduğu halda, hər gün işə getdiyini iddia edə bilər.

–       Bir çox sosyopat öz yalanlarının həqiqət olduğu yanılmasını yaşayır. Məsələn, Charles Manson deyirdi: Mən heç kimi öldürməmişəm. Mənim heç kimi öldürməyə ehtiyacım yoxdu (onun dediyinə görə o özü  heç kimi öldürməyib, onun tərəfdarları öldürüblər)!

3.Əgər onlar nifrət oyadacaq vəziyyətlərdə əsrarəngiz şəkildə sakit qala bilirsə. Sosyopatlar  yüksək emosionallıq oyadan hadisələrə qarşı səthi reaksiya verirlər(səssiz nifrət). Onlar tez-tez “yaxşı yeniliklərə” soyuq baxışla qarşılayırlar. Təhlükəli və qorxulu situasiyalara adi insanlarla eyni reaksiyanı vermirlər.

 – Panik anlarında siz həyəcanlanmış görünürsüz. Amma onların sizin gəringinliklə qarşıladığınız hadisələrə qarşı gərgin olmur. Bunu edən iki tip insan var. Cəsur qadın və ya kişi həmin anda gərginliyi aradan qaldırırlar. Digər tipə isə heç bir şəkildə bu hadisə toxunmur. Bu tip əlaməti daşıyanların empatiyası yoxdur. Bura saxta empatiyaya malik sosyopatlar daxildir.

– Gözdən keçir, əgər bu şəxs təbii səbəblərdən heç narahat və əsəbi görünmürsə. Baxmayaraq ki bəzi insanlar digərlərinə baxanda daha sabitdirlər, amma çox insan ən nəhayət bəzən narahat olurlar. 

– Tədqiqatlar göstərir ki, sosyopatlar digərlərinin narahatlıq və qorxu hiss etdikləri situasiyalarda – narahatedici şəkillər göstərildikdə yaxud elektroşok verildikdə narahatlıq nümayiş etdirmirlər.

4.Əgər onlar ilk  baxışdan son dərəcə cazibədardılarsa. Sosyopatlar güclü şəkildə insanları cəzb edirlər, çünki onlar istədiklərini necə əldə etməyi bilirlər. Onlar insanlara necə xüsusi hiss etdirməyi, insanlardan özləri haqqında düzgün suallar soruşmağı bilirlər və ümumiyyətlə, əyləncəli, maraqlı qəbul edilirlər. Doğrudur ki, uşaqdan böyüyə kimi insanları cəzb etmək qabiliyyətinə  hər kəs sahib ola bilər. Əgər bir şəxs sizə ilk baxışdan cazibəli gəlirsə, sonra onun davranışları sizi çaşdırır yaxud narahat edirsə, ola bilər ki siz sosyopatla qarşı-qarşıyasınız.

– Siz düşünə bilərsiniz ki, sosyopatlar sirli qalmağı bacaran sənətkarlardır. Onların istədiklərini əldə etmək üçün insanları necə cəzb etməyi bilməyə ehtiyacları var. Hədəflərinə doğru irəliləmək üçün onlar ilk növbədə kütləyə qarışmalıdılar. Bunun mənası onların necə insanlarla tanış olmaq və onlara necə rahat hiss etdirməyi bilməyə ehtiyacları var.

– Halbuki bir çox sosyopat inanılmaz cazibəsinin arxasında güclü anti-sosial meyllərini gizlədir. Onlar tez-tez və uzun müddət vanna otağında olurlar. Onlar inanılmaz cazibəli, soyuq və məsafəli ola bilərlər. Onlar həmçinin qarşılıqlı münasibətlərdə yetəri qədər səmimi olmurlar. Davranışlarındakı ziddiyyət psixi dağılmanın götəricisidir. Həmçinin imtanını və ağrını ortaya çıxarmağa cəhd edərək, digərlərini idarə edə bilirlər. Onlar həmişə digərlərinin həyatına saxta hörmət və riqqət duyurlar. Onların içində səmimiyyət hissi olmur, bu sosyopatik tendensiyadır.

– Bir çox sosyopat təhrif olunmuş parıltıya malikdilər. Adətən onlar seksual cazibəyə malik olurlar.

5. Əgər həmin şəxsin qeyri-adi intellekti varsa. Bəzi məşhur sosyopatlar güclü əqli zəkaya malik olurlar və kitablarsız yüksək akademik bacarıq göstərə bilirlər. Onlar bunu tətbiq etməklə yüksək akademik bacarıqlar göstərə bilərlər və yüksək dərəcə əldə edirlər. Lakin sosyopatlar insanlara kömək etmək yerinə yüksək intellektlərindən insanları incitmək və manipulasiya etmək üçün istifadə edirlər. Onların ifrat intellekti onları təhlükəli edənin bir hissəsidir, çünki onlar tez-tez özlərindən öndə olan insanları izləyəcəklər və onların izini tutacaqlar.

– Bir çox məlum olan seriyalı qatillər yüksək IQ- yə sahibdilər; bunun bir səbəbi onların uzun müddətdə  polisdən qaça bilməsidir.

6. Əgər o manipulasiya edirsə. Sosyopatlar insanın zəifliyini anlayır və bundan maksimal dərəcədə istifadə edirlər. Onlar qərarlı şəkildə fərdləri hər şeylə manipulasiya edə bilər. Zəif insanlar sosyopatlar üçün qənimətdir və güclü insanlardan uzaq dururlar. Onlar kədərli, müdafiəsiz insanlar axtarırlar, çünki belə insanların zəif hədəf olduqlarını bilirlər. Bir başqa sözlə heç nəyə nail olmamış insanları manipulasiya etmək daha asandır. Əgər şəxs digər insanları əldə edə bilirsə, onun nə istədiyini gözdən keçirir.

– Sosyopatlar şəxsi anlamadan yavaşca onun üzərində üstünlük əldə edib, idarəsi altına keçirirlər. Onlar hər situasiyada idarəni xoşlayırlar və ətraflarında güclü insanların olmasından narahat olurlar. Onlar həmişə müdafiəsiz qalmaqdan narahat olurlar. Güclü insanlar ətrafda olanda açığa çıxmaqdan qorxurlar. Onlar güclü insanlardan bacardıqca uzaq qalırlar, onlarla zəif əlaqələri olur. Lakin sosyopatlar üçün güclü insanları aldada bilmək, görünməz qalmaq qənimət kimidir. Bir dəfə açığa çıxdıqlarını hiss etsələr, sonuncu kartlarını oynayacaqlar yaxud da bəhanə taparaq uzaqlaşacaqlar. Onlar psixoloji hərbdə üstünlük qazanırlar, sonra digər şəxsdə özlərindən asılılıq yaradırlar. Onların oyun planı vaxtaşırı insanları zəiflətməkdir, bu zəhərə oxşayır. Zərər verərkən görünməz qalmaq onların obrazıdır.

– Gözdən keçir, əgər bu şəxs istədiyini əldə etmək üçün rahat şəkildə insanları aldadırsa və açıq-aşkar yalanlar söyləyirsə. Eyni yolla izlə, həmçinin kiçik yaxud empatiyası yox dərəcəsindədirsə, kasad dürüstlüyü varsa.

7. Davranışda təhrik edici zorakılıq axtar. Uşaqlar kimi bəzi sosyopatlar müdafiəsiz heyvanlara – qurbağalara, it və pişik balalarına və hətta insanlara işgəncə edirlər. (Bu yeniyetməlik dövründə üzə çıxmış ola bilər, sonra zədə zehni və ya duygusal istismarla nəql edilə bilər). Bu zorakılıq həmişə təhrikedicidir və müdafiəsiz zorakılıq deyil. Onlar heç nədən dram yaradacaqlar, yaxud da ağıllarında digərləri nə deyər, dönəcək. Onlar bununla qarşı-qarşıya qaldıqda, bunu digər yolla qiymətləndircək, şəxsin empatiya və qayğısını umaraq özlərini müdafiə altına alacaq, uzun müddət bilinməz qala bilər. Onların digər yolla qiymətləndirmə cəhdi həm sis pərdəsində üzə çıxmaq və digər yandan situasiyanı dəyişməkdir.

– Əgər sizdə bir hiss var ki, bu şəxs zahirən sakit olarkən istənilən an zorakılıq edə bilər, bu insan ola bilsin ki, sosyopatik davranışları nümayiş etdirir.

8. Əgər şəxsdə nəhəng eqo varsa. Sosyopatlarda tez-tez böyüklük yanılması olur və onlar  dünyadakı ən dahi insan olduqlarını düşünürlər. Onlar tənqidə qarşı reaksiyasız olurlar və özlərinə qarşı şişirdilmiş hissləri var. Onların həmçinin öz hisslərinə yüksək ad verirlər, düşünürlər ki, digərlərinin onlar üçün yaratdığı gözəl şeylərə, onların rifahı üçün baxışlarına belə layiqdirlər. Digərləri onların vecinə deyil, sadəcə onlardan istifadə etməyi arzulayırlar.

– Həmçinin onların öz bacarıqlarına qarşı real olmayan düşüncəyə sahib olurlar; məsələn, onlar ola bilər düşünsün ki, rəqs etmək və ifa etməklə bağlı yüksək istedadları var. Amma reallıqda bu sahə ilə bağlı heç bir bacarığı olmaya bilər.

– Həmin şəxs həmçinin düşünə bilər ki, heç bir sübuta ehtiyac olmadan ətrafdakılardan üstündür.

– Həmin şəxs tamamilə narsist ola bilər. Belə ki, uzaqdan başqalarının onun haqqında nə dediyi ilə maraqlana bilər. Həmçinin dünyada digərlərini incələməkdən daha çox, vaxtının çoxunun güzgü qarşısında geçirəcək. Ümumiyyətlə həmin şəxs kiminsə nə dediyini eşitmək istəmir.

9. Nəzərdən keçir, əgər şəxs göz təması qurmursa. Sosyopatlar bilir ki, digərləri ilə aşırı təmas çətindir. Həmin şəxs göz qurmur, çünki digərlərinin göz zilləməsindən narahatdırlar, bunun empati yaratdığını bilirlər və bundan qorxurlar. Onlar qarşılıq əlaqəni başqa yolla qurmaq üçün üzlərini yana çevirə və nəsə deyə bilərlər. Əgər onlar bu şəxsə ehtiyac duysalar, onu qurbana çevirmək üçün cəhd edəcəklər, onlar qəribə şəkildə baxacaqlar, çünki onları kiminsə gördüyünü düşünmürlər. Bu zaman sui-istifadə etməyə cəhd göstərəcəklər və bunu bacaracaqlar. Belə davranışlar qarşılıqlı bağlıdır; digərlərin onlarla razılaşmasına və onlar üçün nəsə etməsinə ehtiyacları var.

10. Onların üzünü oxu. Üzlər şəxsiyyət haqqında çox şey deyir. Üzdəki hər xüsusiyyətin öz hekayəsi var. Əgər biri  üz oxumağı bacarırsa, o asanlıqla normal şəxslə sosyopatı ayıra bilər. Şəxsin psixikasını bilmək üçün ən yaxşı yol gözlərdir.
11. Əgər şəxsin çox az dostu varsa. Siz həqiqi dostu olmayan şəxsdən qorunmalısınız, baxmayaraq ki, dostluq lotereyasında hər kəsin bəxti gətirmir. Ola bilər ki, bəziləri idarə etmək üçün ətrafla əlaqə saxlayır, lakin cəhd et, şəxsin insanlarla əsil əlaqələrini tap. Əgər bir şəxsin az qala heç dostu yoxdursa, onda nələrinsə düz getmədiyi ilə bağlı yüksək şans var. Saxta dostluğun altında o, şəxsin çox utancaqlığı yaxud da başqa səbəb ola bilər.
– Bu hal ailə üzvləri arasında da ola bilər. Əgər bir şəxs ailə üzvləri haqqında danışmırsa yaxud bu haqqda heç nəyə toxunmursa, burda bir problem var demək. Əlbəttə ki, bu şəxsin danışmamağı üçün başqa səbəb ola bilər, belə ki, çətin uşaqlıq dövrü keçirmiş ola bilər.
– Keçmişlə bağlı saxta əlaqəni axtar. Əgər bir şəxsin universitetdən, məktəbdən və keçmişdən bir dostu yoxdursa, ola bilsin ki, o sosyopatdır. Onlar ideal hədəflər və qurbanlar  tapır və ona doğru istiqamətlənirlər. Onlar insanların viran etməyi arzulayırlar.
12. Əgər bir şəxs sizi xüsusiləşdirirsə. Sosyopatlar insanlarla görüş və onlarla tez bir zamanda yaxınlaşırlar. Belə ki, sizin geriyə qayıtmaq və düşüncənizi dəyişmək şansınız olmur. Bir neçə həftə ərzində sosyopat ətrafında dönüb dolaşmağa başlayacaq və siz ona qarşı romantik cazibə duyacaqsınız. O sizi, onun ruh əkizi olduğunuzu hiss etdirə bilər, çünki o insanları yaxşı oxuya bilir və sizin nə eşitmək istədiyinizi söyləyə bilir. Sosyopat sizin yaxın münasibətdə olan ehtiyaclarınızı müəyyənləşdirir, sonra ehtiyac və xəyallarınıza əsasən maskalarını taxır.
– Əgər sizin tanışlarınız varsa, sosyopat tezliklə dostlarınızla əlaqə saxlamanızın qarşısını alacaq, çünki onları özünə təhdid hesab edir. O dostlarınızla əlaqə qurmamaq üçün bəhanələr gətirəcək. Məsələn, “ Onlar mənə heç vaxt şans verməyəcək.” “Onlar səni mənə qarşı dolduracaqlar“ və s. Onlar qurbanla oynayacaq və hədəflərini empatik müdafiədən çıxarmağa çalışacaqlar. O sizin yeganə xilas edicinizin özü olduğunu göstərəcək, sizin onunla bütün vatıxınızı keçirmənizi, yalnız onu dinləmənizi istəyəcək.
13. Əgər həmin şəxs qeyri-kamildirsə. Sosyopatlar öz səhvləri üzərində öyrənmirlər və eyni səhvləri dəfələrlə təkrar edirlər. Buna görə də, digər insanlarla nisbətdə onlar inkişaf etmirlər. Həmin şəxsin karizmasının altında gizlənən qeyri-kamil davranışı tap. Aşağıdakı davranışları axtar.
– İfrat eqoizm. Həmin şəxs özü üçün hər şeyi istəyir. Bununla belə bölüşmək istəmirlər.
– Nəhəng eqo. Həmin şəxs özünə bağlanıb qalır və digərlərini vecinə olmur.
– Ehtiyaclılıq. Həmin şəxs bir ara özü üçün sizi yanında istəyə bilər.
– Vəzifələri üçün hazır olmamaq. Ona verilən vəzifələrə hazır olmaya bilər. Onlar işlərini digərlərinə ötürəcək və öhdəsindən gəlməyəcəyi krediti götürəcək, bütövlükdə vəzifələrindən imtina edəcək.

27 dəfə baxılıb

Bu xəbəri də oxu

28 yaşlı elmlər doktorundan xərçəng xəstəliyindən tam sağalmanı təmin etməyə ümid verən ixtira

Ukraynalı 28 yaşlı gənc qız xərçəngdən sağalmaqla bağlı kəşf irəli sürdü Ukraynada əsl elm dühası …