Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Yanvar 24 2017

Bu kitabı oxuyanlar dəli olurlar -“Necronomicon”.

Oxuyanlarda psixoloji problemlər yaradan kitab – “Necronomicon”.

Bu kitab Əl-Həzrət adlı ərəb səyahətçi tərəfindən VIII əsrdə Dəməşq şəhərində yazılıb. Kitabın orijinal variantı bu vaxta kimi hələ də tapılmayıb. Amma yazılı halda “Ərəbin kitabı”, “Ölülərin çağrı kitabı”, “Ölü adların kitabı”, “Dəli edən kitab” kimi adlarla satışda var. Onu qeyri-adi edən xüsusiyyəti isə oxucularına qorxulu fikirlər aşılması, qaranlıq fikirləri ilə insanı dəliliyə, hətta ölümə itələyən gücə sahib olmasıdır.

Maraqlıdır, görəsən kitab necə yazılıb?

Əl-Həzrət çöllərdə gəzərkən yerdə qədim ərəblərin bir neçə qeyd dəftərçələrinə rast gəlib. Həmin dəftərçələri oxuduqdan sonra isə dəli olub.

Deyilənə görə, burada insanların dünyaya gəlməzdən öncə yaşadığı dönəm, ruhlar aləmi ilə əlaqə və ölüləri necə hərəkətə gətirmək haqqında fikirlər öz əksini tapıb. “Necronomicon”da gələcəyi görməyin yolları izah olunduğu üçün, öncəgörücülərin həmin kitabdan bəhrələndiyi deyilir.

Bu kitab həqiqətən insanı dəli edir?

Kitab bilinən, inandığımız hər şeyi rədd edir. Gerçəkləri isə bütün çılpaqlığı ilə oxucularına çatdrır. Bu səbəbdən kitabı oxuyan hər kəs şoka düşür.

Kitabın yazarı Əl-Həzrət oxucularına bunları deyir:

“Bu gizli səhifələr Babil yaradılmadan öncə qədim inanclara qibtə edən rahiblərə aiddir və öz dillərində yazılıb. Ancaq mən insanların da bu məlumatları oxuması üçün yazıları tərcümə etdim. Mən bu yazıları hazırda mövcud olmayan “Ur” şəhərində dolaşarkən tapdım. Burada Allahlar arasında olan savaşlardan, rahiblərin görüdüyü qorxu və çirkinliklərdən danışılır. Onların səbəbləri, təbiəti, sayları müqəddəs idi.

Bu sözlərə qulaq verin və xatırlayın! Çünki xatırlamaq ən önəmli və təsiredici sehrdir. Keçmişi xatırlamaq gələcəkdə olacaqları görə bilməklə eynidir. Bu yazını hazır olmayanlara göstərməyin. Dəlilik yarada bilər- insanda və heyvanda”. atv.az

 

453 dəfə baxılıb

Bu xəbəri də oxu

Qaxda sirli-sehirli ev görənləri ŞOKA SALIR — Gizli mesaj ötürülür? – VİDEO – FOTO

Evin daşlarının üzərinə su düşdükdə ərəbcə yazılar üzə çıxır Bizim Yol.Biz ARB TV-yə istinadən xəbər …