Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Fevral 21 2017

Zombilər haqda maraqlı — FAKTLAR

Zombi termini bantu dilindən tərcümədə ölülərin ruhu mənasını verir. Bu məhfum Karib adalarının sakinləri sayılan vuduların kultu ilə əlaqəlidir. Vudu cadugərləri ölmüş insanı dirildərək onu qula çevirə bilirlər. İnsanın zombiləşdirilməsi məsələsində ilk rəsmi məlumat Klervius Narsissin hekayəsidir.

1962-ci ilin aprel ayında Klervis qardaşı ilə dalaşır və yüksək qızdırma diaqnozu ilə xəstəxanaya aparılır. Onu xilas etmək mümkün olmur və Klervis vəfat edir. Növbəti gün onu doğma şəhərinin yaxınlığındakı qəbiristanlıqda dəfn edirlər. 16 il sonra Klervis evə qayıdır. O, bu illər ərzində cadugərin qulu olduğunu və çox az şey xatırladığını bildirir. Cadugərin ölümündən sonra Klervis özünə gəlir. Sonradan məlum olub ki, cadugərə sifarişi onun qardaşı verib.

Zombilər haqda ilk dəfə olaraq ingilis yazıçısı Meri Şelli “Frankenşteyn” əsərində məlumat verib. Kitab 1818-ci ildə çap edilib. Əsərin qəhrəmanı meyid orqanlarından yığılmış olsa da, canlıdır.

Elektrik enerjisi kəşf edildikdən sonra bəzi alimlər də meyidləri diriltməyə cəhd ediblər. Covanni Aldini cəsədlərə elektrik enerjisi buraxaraq eksperiment aparıb. 1803-cü ilin yanvar ayında Londonda onun məşhur nümayişi olub. O, 120 voltluq akkumulyatorun müsbət naqilini edam edilmiş Corc Forsterin meyidinə birləşdirib. Hadisə şahidlərindən biri bu barədə yazır: “Meyidin gözləri açıldı, nəfəs almağa başladı. Onun dodaqları və üz cizgiləri tərpəndi. Assistentlərdən biri gördüyü dəhşətdən ağlını itirdi və bir neçə gün əziyyət çəkdi.

Zombi sözü Avropa ədəbiyyatında ilk dəfə 1929-cu ildə çəkilib. “Nyu-York Tayms” qəzetinin müxbiri Vilyam Sibruk “Sehrlər adası” kitabını çapdan çıxarır. Kitabda Haiti adasındakı həyat və zombi yaradan vudu kultu təsvir edilir. Müəllif bu cür ayinlərdə şəxsən iştirak etdiyini iddia edir.

Zombi haqqında film ilk dəfə 1932-ci ildə “Ağ zombi” ekran əsərində üzə çıxıb. Sonrakı dövrlərdə bu barədə silsilə filmlər lentə alınıb.(ölkə.az)

33 dəfə baxılıb

Bu xəbəri də oxu

Cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olundu

Afrikanın cənubunda yerləşən Svazilend krallığında cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olunub. Bizim Yol.Biz Publika.az-a istinadən  …