Рейтинг@Mail.ru

2016-cı ildə kəşf edilən ən qeyri-adi canlı- İnsan üzlü balıq

Kaliforniya Elmlər Akademiyasının biologiya profilli institutlarından biri 2016-cı ildə indiyə qədər elmə məlum olmayan 133 canlı növünün aşkarlandığını bəyan edib.
Bizim Yol.Biz  xarici media mənbələrinə istinadən xəbər verir ki, yeni kəşf olunan növlərin 23-ü balıqlara aiddir. Maraqlısı budur ki, ötən il elmə ilk dəfə əyan olan canlı növlərinin ən qəribəsi də elə balıqlar sinfindəndir. 2016-cı ildə ilk dəfə olaraq aşkarlanan insanüzlü balıq alimlərin heyrətinə səbəb olub. Onun uzunluğu 30-80 sm arasında dəyişir. İnsana həddindən çox oxşadığı üçün yeni balıq növünə “İnsanüzlü” adı verilib. Həddindən artıq sakit və səssizliyi ilə başqa növlərdən fərqlənir. Təhlükəyə olan reaksiyası da ləngdir. Bundan öncə də tapılmış bir nüçə növ insan üzlü balıqlar  görənlərin heyrətinə səbəb  olmuşdu.

55 dəfə baxılıb

Bu xəbəri də oxu

Kosmik mədənçilik erası başlayır – insanlar ikinci Ay yaradacaqlar

NASA Günəş Sistemindəki bir asteroiddə olan qiymətli maddələrin dünya iqtisadiyyatının 137 min qatı qədər dəyərli …