Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Fevral 21 2017

Anoreksiya – dövrümüzün bəlası

ANOREKSİYA NERVOZA: yemə pozuntusudur. Anoreksiyalı insanların hədsiz dərəcədə kökəlmək qorxuları vardır. Yediklərini tamamilə azaldaraq, təhlükəli səviyyədə arıqlaya bilirlər. Anoreksiya həm bədənə həm də insanın zehninə təsir edir. Dietayla başlayıb daha sonra kontroldan çıxa bilirlər. Daima dieta, qidalanma və arıqlama haqqında düşünməyə başlayırlar. Çəlimsiz bir bədənə sahib olsalar da, ətrafdakıların onlara “arıqsan” demələrinə baxmayaraq, onlar güzgüdə öz əkslərini kilolu olaraq görürlər.

Anoreksiya ile ilgili görsel sonucu

Anoreksiya gənclik dövründə başlayır. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Erkən müdaxilə və mualicə daha effektivdir. Əgər mualicəyə geciksə bu zaman xəstəlik ömür boyu davam edəcək bir problemə çevrilir. Mualicə edilməmiş anoreksiya ölümcül aclığa və osteoporoz (sümük əriməsi), böyrək zədələnməsi və ürək-damar xəstəliklərinə və s. yol aça bilir. Bəzi insanlar bu problemlərdən ölür.

Sizdə və ya tanıdığınız birində anoreksiya varsa tez zamanda mualicə alın. Zaman keçsə, sağalması daha çətin hala gələ bilər. Müalicəylə şəxs həm özünü daha yaxşı hiss edər, həm də sağlam bədən ağırlığına qovuşar.

ƏLAMƏTLƏRİ:

– normadan çox arıq olurlar,

– kökəlməkdən hədsiz qorxurlar,

– normal kiloda qalmağı rədd edirlər,

– çox arıq olsalar da, kök olduqların düşünürlər,

– həyatlarını arıqlamağa sərf edirlər,

– yeyəcəkləri miqdarı çox azaldırlar,

– xəstə olsalar belə, çox idman edirlər,

– kökəlməmək üçün özlərini qusdururlar.

BU HALLAR DA MÜŞAHİDƏ OLA BİLƏR:

– psixoloji pozuqluqlar, xüsusilə depressiya,

– yaşıdlarından daha uşaqsı hərəkətlər,

– əsəbilik ya da sosial əlaqələr qurmaqdakı çətinlikləri səbəbindən digər insanlarla problemli münasibət qurma,

obsessiv-kompulsiv xüsusiyyətlər.

 

76 dəfə baxılıb

Bu xəbəri də oxu

Eynəyi çıxardın! Bu sınanmış üsul, 2 həftəyə görmə qabiliyyətini 100% geri qaytarır!

Böyük şəhərlərdə sağlam yaşama qaydaları olduqca çətindir, amma onlara riayət etmək mütləqdir, xüsusilə, əgər söhbət …