Рейтинг@Mail.ru

Gözəl görünmək üçün faydalı məsləhətlər

Üzünüzün parlaq və qidalanmış olmasını istəyirsinizsə çox ucuz və sadə vasitə aloye vera- yəni nikotin turşusu ampulasından istifadə edin.Tərkibinddə çoxlu sayda vitamin və minerallar olan bu ampulanı istifadə etmək çox asandır. Bir ampulanı açın. Səhər  saatlarında üçünüzü təmiz yuduqdan sonra üzünüzə  sürtün və yüngül masaj edin. Qalanını isə axşam saatlarına bir -iki damla zeytun  yağı və ya xama ilə qarışdıraraq üz dərisinə çəkin. 10 gün sonra dərinizin parlaqlaşdığının və gəncləşdiyinin şahidi olacaqsınız.

Gözətrafı  kölgələri aradan qaldırmaq üçün bir xörək qaşığı çobanyastığı dəmləməsinə bir çay qaşığı çay sodası əlavə edib göz ətrafına çəkin. Proseduru bir həftə davam etdirin. Bu məhlul üzünüzdəki səpkilərin də  aradan qaldırılmasına kömək edəcək.

Dərinin gənc görünməsini istəyirsinizsə, lazım olanları mütləq yerinə yetirin. Günəşdən qaçın , günəş əleyhinə krem çəkin ,siqaret çəkməyin ,nəmləndirici çəkin ,su için , normal yuxu rejimi ilə yatın.

Üzün qırışmaması üçün düz yatmaq tövssiyə olunur.Amerikanın Dermatoloji Akademiyası gecələr necə yatmağın dəriyə də təsir etdiyi açıqlayıb. Gecələr yatma formanızdan asılı olaraq üzünüzdə cizgilər yarana və səhər yuxudan qalxdıqdan sonra qırış yarana bilər. Yan yatmaq çənə və yanaqdakı qırışları artırır, üzüstə yatmaq isə üzdə qırış yaradır.  Qırışların yaranmaması üçün alimlər düz yatmağı məsləhət görür.

Üzünüzü çox yumayın

Maryland Universiteti tibb fakültəsinin dermatoloqlarının fikrinə görə, gündəlik istifadə etdiyimiz su, dəridəki yağların və qırışların qarşısını alan nəmin itməsinə səbəb olur. Ona görə də üzünüzü tez-tez yumayın. Suyun yerinə nəmləndirici çəkin.

C vitamini

C vitamini dərini ultrabənövşəyi şüalardan qoruyur. Pigmentləri azaldır və dəridəki iltihab problemini yaxşılaşdırır.

Çoxlu soya yeyin

Araşdırmalar soyanın günəşin yaşlandırıcı zərərlərindən qoruduğunu göstərir. Soya balıq, yaşıl çay, üzüm və pomidorun tərkibində var. Lakin öz təsiri 6 aydan sonra göstərir.

 

 

77 dəfə baxılıb

Bu xəbəri də oxu

28 yaşlı elmlər doktorundan xərçəng xəstəliyindən tam sağalmanı təmin etməyə ümid verən ixtira

Ukraynalı 28 yaşlı gənc qız xərçəngdən sağalmaqla bağlı kəşf irəli sürdü Ukraynada əsl elm dühası …