Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Fevral 21 2017

Müasir dövrə qədər gəlib çatmış 10 mistik artefakt – FOTOLAR

Qədim əfsanələrə inansaq, bütün tarix boyu bəşəriyyəti fövqəlgücə malik tanrılar və yerə göylərdən gəlmiş sirli qüvvələr idarə edib. Lakin insanlar sadəcə bu qüvvələrə qul olmayıb, bəzən savaşaraq öz haqlarını zorla almalı olublar. Müasir dövrə qədər gəlib çıxmış bəzi sirli artefaktlar alimləri  düşündürməkdədir. Bu sirlərin açılması üçün isə artefaktlarla əfsanələri yanaşı qoymaq  və bir az  düşünmək lazımdır.
Yunan palindromu
Əfsanəyə görə, Kipr Yunanıstanın sevgi və məhsuldarlıq ilahəsinin doğulduğu yerdir, Pafos şəhəri isə Afrodita kultunun “baş qərargahı”dır. Bu yaxınlarda Pafosda 1500 il tarixə malik bir amulet tapıldı.Onun bir tərəfində yunan polindromu, digər tərəfində qədim əfsanələrdən təsvirlər verilib. Palindromda bu sözlər yazılıb “Yaxve gizli adın daşıyıcısıdır-şir Ra isə onu öz məbədində mühafizə edir”

2. Sirli qızıl spirallar

Qızıl hər zaman insanlar tərəfindən yüksək dəyərləndirilib. Bu qiymətli metalla qədim məzarlar və mərasim fiqurları hazırlanırdı. Bu yaxınlarda Danimarkanın Zelandiya adasında alimlər çoxlu sayda qızıl spirallar aşkarlayıblar. Bizim eradan əvvəl 900-700-cü illərdə hazırlanmış spiralların nəyə xidmət etdiyi indi də sirr olaraq  qalır.

Sümük zireh

Rusiyalı arxeoloqlar ölmüş heyvan sümüklərindən hazırlanmış qeyri- adi zirehli geyim  aşkarlayıblar. Bu tapıntının  Altay dağlarında yaşamış Samus Seymin mədəniyyətinə aid olduğu düşünülür. Sümük zirehin 3500-3900 il yaşı var

Mezoamerikan  güzgüsü

Amerikanın qədim yerli sakinləri güzgünü başqa dünyalara portal hesab edirdilər.1000 il əvvəl insanlar adi balaca bir güzgünü  düzəltmək üçün 160 gün zəhmət çəkirdilər. Tədqiqatçılar Arizonada 50 belə  güzgü tapıblar. Onların hamısı  Sneyktaun adlı yaşayış məntəqdsində tapılıb. Burda əsasən alternativ inanclarla məşğul olan insanlar məskunlaşmışdılar. Tapılan güzgülərin hamısı dini ayin zamanı digər mərasim  əşyaları ilə birlikdə basdırılmışdı.

OLYMPUS DIGITAL CAMERA

Sirli Siciliya monoliti

Siciliyada sahilə yaxın sular altında Stounxec daşlarını xatırladan möhtəşəm bir qaya tapılıb. 40 metr dərinlikdə aşkarlanan  12 metr uzunluğundakı bu daş 15 ton təşkil edir. 9300 il yaşı olan bu sualtı qaya tikintisi Stounxecdən iki dəfə qocadır. Nə məqsədlə tikildiyi məlum deyil. Su altı tikintidə ki 3 yarıq və gərgin əmək tələb edən bu işin nəyə xidmət  etdiyi hələ də aydın deyil.

London Tauer qalasındakı sirli işarələr

Temza çayının sahilindəki 1000 yaşlı Tauer qalasında bir zamanlar kral sarayı, kilsə, sikkəxana yerləşib. 1066-cı ildə  I Vilhelm tərəfindən tikilməyə  başlayarkən onun mühafizəsi üçün cadugərlər də işə başlayıb. Tauer qalası ərazisində 54 müxtəlif sirli nişan aşkarlanıb. Onların əksəriyyəti 3-7 sm yüksəklikdə çəkilmiş şaquli simvollardırlar. Bu simvollar kralı təbii fəlakətlərdən, cin və əcinnələrin şərindən qorumalı idi.

Cadugərlər adası

Cadu edilmiş ada hər zaman pis ad qazanmışdı və cadugərlərin cənnəti hesab edilirdi. 9000 il  ərzində qara magiya ilə məşğul olan insanlar bu adanı özlərinə məskən seçmişdilər. Burda sirli və qorxulu mərasimlər həyata keçirilir, şeytana qurbanlar verilirdi.

Ceraşın gümüş  əlyazması

Bu qədim  gümüş əlyazma 2014-cü ildə xaraba qalmış bir evdə tapılıb. O  1000 il ərzində bir amuletin içərisində saxlanmışdı. 3 D texnologiyanın köməyi ilə bunun əslində  qara magiya olduğunu, içərisində hansıa duaların   yazıldığını anlayıblar Bu cadu Ceraş şəhərinin şər qüvvələrdən və bütün problemlərdən qorunmasına həsr olunmuşdu.

Misirin vudu kuklaları

Adətən Vudu kuklalarının Afrika və Haiti mədəniyyətinə aid olduğu düşünülür.  Yaxın günlərdə isə qədim misirlilərə aid Vudu kuklaları aşkarlanıb.Qədim misirlilərin inancına görə  Osiris adlı tanrı ölənlərin ruhundan qul kimi istifadə edir. Onlar bu Vudu kuklaları vasitəsi ilə ölən insanın ruhunu qoruyurdular, yəni Vudu kuklaları ölən adamın əvəzinə   Osirisə xidmət edirdi. Bu kuklaları əsasən zəngin və  tənbəl insanların məzarına qoyurdular.

Kopt cadu kitabı

Qədim misirlilər bir çox problemlərini qara magiya vasitəsi ilə həyata keçirməyə çalışırdılar. 1300 il  tarixə malik Kopt  mərasim və dualar kitabında müxtəlif çətin vəziyyətlərdən çıxış yolu tapmaq üçün sirli dua  və ayinlərin  yerinə yetirilməsi qaydası yazılıb. Kitab bu günümüzə  qədər gəlib çatıb. Kopt dilində yazımış bu kitab  Avstraliyanın Makkuori Universitetinin  alimləri tərəfindən tərcümə  olunub.

Kitabda 27 sirli ayin barəsində məlumat verilir. Burda sevgi uasından tutmuş, kiminsə ölümünə  səsbəb olacaq dualar, o cümlədən müxtəlif xəstəliklərdən qorunmaq üçün şifrəli sözlər yer alıb. Kitabda həmçinin Adəmin üçüncü oğlu Şif, İsa peyğəmbər barəsində maraqlı məlumatlar verilir. Kitabın yeddinci əsrdə, xristian  eretik mistiklərindən hesab olunan sifinlər tərəfindən yazıldığı ehtimal olunur.

İlhamə Rəsulova

367 dəfə baxılıb

Bu xəbəri də oxu

Cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olundu

Afrikanın cənubunda yerləşən Svazilend krallığında cadugərlərə 150 metrdən yuxarı uçmaq qadağan olunub. Bizim Yol.Biz Publika.az-a istinadən  …