Рейтинг@Mail.ru

Ana əkiz qızlarını boğdu – Türkiyədə dəhşətli olay

Sosial medianın dağıtdığı daha bir ailə faciəsi.Türkiyədə əkiz övladları olan Zahidə Qəhrəman adlı bir qadın dəhşətli cinayət törədib, daha sonra isə intihar edib.

Bizim Yol. Biz  Türkiyə KİV-lərinə  istinadən xəbər verir ki, ana əkiz qızları Şengül Eslem və Erçinin olduğu otaqdakı təbii qaz sobasını açaraq onları zəhərləyib, daha sonra isə əri Murtafa Qəhrəmanın mobil telefonuna “haqqını halal et” mesajı yazaraq özünü asıb.

Polis intihar edən qadının telefonunda başqa bir kişi ilə yazışdıqlarını əks etdirən mesajlar tapıb. İddialara görə, Z. Qəhrəman bir neçə gün əvvəl S. Ç adlı oğlan dostu ilə yazışıb. Bunu görən Mustafa Qəhrəman ona əsəbiləşərək S.Ç-ni döyüb. Aralarında yaranan problem səbəbiylə əkizlərin anasının evi tərk etdiyi, 5 gün sonra isə əri ilə barışaraq geri qayıtdığı bildirilir.

Xəstəxanada təmizlik işlərinə baxan M. Qəhrəman mesaj gəldikdən sonra taksiylə təcili olaraq evə yollanıb və qızlarının və həyat yoldaşının cəsədi ilə rastlaşıb.

Əkizlərin TV-də cizgi filmi izləyərkən öldükləri aşkarlanıb.

İntihar etməzdən əvvəl Zahidə Qəhrəman əri ilə bütün şəkillərini cırıb və nikah şəhadətnaməsini parçalayıb.

 

4878 dəfə baxılıb

Bu xəbəri də oxu

Şüşələri asan və təhlükəsiz silmək üçün yeni icad

– 24 dəfə baxılıb