Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Yanvar 24 2017

Bir neçə günlüyə getdi… Qaydanda evi başqa ölkədə idi – FOTOLAR

Gürcüstanın Cənubi Osetiya bölgəsində yaşayan 82 yaşlı Dato Vanişvili bir neçə günlük yaşadığı yerdən başqa bir yerə gedir. Geri qayıdanda isə evinin başqa bir ölkənin sərhədləri içərisində qaldığını görür.
Bizim Yol.biz Moderator.az -a  istinadən bildirir ki, evinə qayıtdıqda tikanlı məftillər və rus əsgərləri ilə qarşılaşan Vanişviliyə əsgərlər evinin Rusiya sərhədləri içərisində qaldığını və əgər Rusiyada yaşamaq istəmirsə, evini tərk etmək məcburiyyətində olduğunu bildiriblər.
Evini yoxsa, yeni “ölkəsini” tərk etmək seçimi arasında qalan qoca Vanişvili, “Mənə bura Rusiya toprağıdır” deyirlər. Mən Gürcüstanın Cənubi Osetiya bölgəsindənəm. Adım Vanişvili və Gürcüstan vatandaşıyam!” deyə düşdüyü duruma  etiraz edir.
Bölgə xalqı az qala hər gün Rusiyanın sərhəd xəttini öz xeyrinə irəli çəkdiyini bildirirlər.
Qeyd edək ki, 2008-ci ildə Rusiyanın Gürcüstana yönəlik işğalçılıq hərəkətinin fəsadları bu gün də müxtəlif formalarda özünü göstərməkdədir.

11065 dəfə baxılıb

Bu xəbəri də oxu

Zukerberq haqqında iddia — ABŞ prezidenti olmaq istəyir

İddiaya əsasən Mark 2020 və ya 2024-cü illərdə ABŞ prezidentliyinə namizəd ola bilər. İddialara görə …