Рейтинг@Mail.ru

Kiçik dilənçi ilə kor qadının görüşü -Bu görüş onların bütün həyatını dəyişdi

Keniyianın Nayrobi şəhərinin küçələri Con Tuo kimi kiçik dilənçilərlə doludur. Onlar  qarınlarını doyurmaq üçün bütün gün küçələrdə, avtomobil yollarında gəlib-keçənə əl açmaq məcburiyyətindədirlər. Bizim Yol.Biz Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bir dəfə  Con qeyri- adi bir nəfərlə qarşılaşdı və bu görüş onların hər ikisinin həyatını dəyişdi. Con dilənmək üçün yoldan keçən avtomobillərdən birinə yanaşdı, başını pəncərədən içəri salıb mərhəmət dilədi. Lakin avtomobildə  müxtəlif aparatlara bağlı oturmuş qadını görüncə duruxdu. İstənilən uşaq kimi o da marağını saxlaya bilmədi və avtomobildə oturmuş  Qledis Kamandedən bu aparatların nə üçün olduğunu soruşdu. Qledis balaca oğlana bildirdi ki, onun ağciyərlərində kollaps baş verib və o oksigen balonu və generator olmadan yaşaya bilmir.  32 yaşlı qadın bu bəladan xilas olmaq üçün artıq 12 əməliyyat keçirdiyini, bu əməliyyatlardan biri zamanı görmə sinirinin zədələndiyini , kor olduğunu söylədi. Ömrü boyu küçəlrədə yaşamış balaca dilənci bu  hekayədən o qədər təsirləndi ki, ağlamağa başladı. O gün içində topladığı bütün pulları Qledisə uzatdı. Ətrafdan keçən bir nəfər onların şəklini çəkib internetdə paylaşınca bu hadisə inanılmaz populyarlıq qazandı. Minlərlə insan Qledis və Conun hekayəsindən təsirlənərək, Qledisə yardım kampaniyasına qoşuldu və 80000 dollar vəsait toplandı. Bu vəsait nəticəsində sağlamlığına yenidən qovuşan Qledis də minnətdarlıq  əlaməti olaraq  mərhəmətli  və böyük ürəyə sahib olan bu oğlanı övladlığa götürdü.

İlhamə Rəsulova

 

159 dəfə baxılıb

Bu xəbəri də oxu

Zukerberq haqqında iddia — ABŞ prezidenti olmaq istəyir

İddiaya əsasən Mark 2020 və ya 2024-cü illərdə ABŞ prezidentliyinə namizəd ola bilər. İddialara görə …