Рейтинг@Mail.ru
Çərşənbə axşamı , Fevral 21 2017

70 ildir sirri açılmayan möcüzə gəmi: SS Ouranq – Video

1947-ci ilin iyun ayında, bir gecə, o illərdə bir çox ticarət gəmisinin problemsiz üzdüyü Sumatra və Malayziya sahillərindən alınan SOS siqnalı o günə qədər olan bütün təsəvvürlərin üstündən xətt çəkdi.
Картинки по запросу SS Ourang
 
Morze əlifbasıyla verilən siqnal beləydi:
“Kapitan daxil olmaqla bütün heyət öldü. Cəsədlər xəritə otağı və göyərtədədir. Mən də ölürəm…”
Mesaj alınan kimi xilasediciləri daşıyan “Silver Star” (Gümüş ulduz) adlı gəmi çağırışın gəldiyi gəmiyə yetişmək üçün hərəkətə keçdi. Siqnal iki amerikan, bir ingilis, bir də Hollandiya gəmisi tərəfindən eşidilmişdi. Araşdırma nəticəsində gəminin yeri təsbit edildi. Bu, Hollandiyanın “SS Ouranq Medan” adlı yanğınsöndürən gəmisiydi.
Siqnalın gəldiyi nöqtəyə ən yaxın olan Amerika gəmisi “Silver Star” artıq yola çıxmışdı… Bir neçə saat sonra qorxulu siqnalın gəldiyi gəmiyə çatdılar. Gəmi hərəkətsiz dayanmışdı. “Silver Star”ın yaxınlaşmasına baxmayaraq, gəmidən hər hansı reaksiya da yox idi.
Kapitan həyat əlaməti görünməyən gəmiyə çıxarkən nə onun, nə də heyətin qarşılaşacaqları kabus ağllarına belə gəlməzdi.
Картинки по запросу SS Ourang
Daşlaşmış cəsədlər
Heyət gəmiyə çıxanda yaddaşlarından silinməyəcək bir mənzərəylə qarşılaşdı. Gəminin göyərtəsi və kayutları daşlaşmış cəsədlərlə doluydu. Cəsədlərin üzündə dəhşətli ifadə donub qalmışdı. Hamısının gözləri açıqdı, sanki qollarıyla nədənsə can qurtarmağa çalışırdılar…
Kapitan otağına girəndə isə yenidən şok oldular. Çünki mesajı göndərən son dənizçi oturduğu yerdə ölmüşdü, barmağı isə teleqrafın üstündəydi.
Vahiməli sərinlik
Hadisənin şahidi olmuş dənizçilərin iddiasına görə, o gün havanın istiliyi 43 dərəcə olsa da, gəminin içi çöllə müqayisədə heyrətamiz dərəcədə sərin imiş. Araşdırmaların nəticəsində ölümə səbəb ola biləcək tutarlı bir səbəbə rast gəlinmədi. “Silver Star”ın kapitanı gəmini limana çəkməyə qərar verdi. Ən qorxulusu isə elə bundan sonra oldu.
Gözlənilməz partlayış
Gəmini limana çəkməyə qərar verən kapitan dənizçilərin qışqırılarından diksindi. Çünki aşağı kayutlardan yüksələn qalın tüstü dumanı

bütün gəmini bürümüşdü. Yanğın baş verdiyini anlayan dənizçilər az vaxtda gəmidən aralandılar. Bu sırada böyük patlayış baş verdi.
 
Gəmi dənizə qərq olur
Partlayışdan sonra sirli gəmi parça-parça olub dənizin dibinə batdı. Gəmiylə birlikdə bütün sirlər də suyun dibinə gömülmüş, özündən geriyə isə açılmayacaq onlarca sual buraxmışdı.
Hadisənin üstündən illər keçməsinə baxmayaraq, bu suala bir cavab tapılmayıb. Ancaq müxtəlif iddialar bu gün də səslənməkdədir…
Olayla bağlı bir neçə tutarlı ehtimal irəli sürülsə də, onların da heç biri etibarlı sayılmır.(axar.az)
Daha ətraflı baxacağınız videoda:

170 dəfə baxılıb

Bu xəbəri də oxu

Qaxda sirli-sehirli ev görənləri ŞOKA SALIR — Gizli mesaj ötürülür? – VİDEO – FOTO

Evin daşlarının üzərinə su düşdükdə ərəbcə yazılar üzə çıxır Bizim Yol.Biz ARB TV-yə istinadən xəbər …